İngiltərə Bankı yumşaq monetar siyasətinə davam etməkdə

10 May 2018

Bir neçə həftə əvvəl "BoE"-nin faiz siyasətində sərtləşmə gözlənilirdisə, faiz dərəcəsinin cari səviyyədə saxlanılması qərarı açıqlanıb.

İngiltərə Bankı yumşaq monetar siyasətinə davam etməkdə

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") yumşaq monetar siyasətinə davam etməkdədir. "BoE"-nin cümə axşamı verdiyi rəsmi məlumatlara əsasən, uçot faiz dərəcəsi 0.50% səviyyəsində saxlanılıb. Maliyyə bazarlarında da müvafiq qərar gözlənilirdir. İstiqraz alışı proqramının həcmi də dəyişdirilməyib. Noyabr ayında İngiltərə Bankı tərəfindən on il ərzində ilk dəfə olaraq faiz dərəcəsi 0.25%-dən bugünkü səviyyəyə kimi artırılmışdır. 


Məlumatların açıqlanmasından sonra GBP/USD məzənnəsi günün maksimum səviyyəsindən cari həftənin minimum səviyyəsində - 1.3489$-a kimi geriləyib. 


Qeyd etmək lazımdır ki, bir neçə həftə bundan qabaq may ayında növbəti faiz artımı gözlənilirdi. Lakin inflyasiya və iqtisadi inkişaf göstəricilərində azalma gözləntilərə əks təsir edib. Belə ki, İngiltərə iqtisadiyyatı birinci rübdə böyüməyib, inflyasiya isə mart ayında son bir ilin minimum səviyyəsinə düşüb.