İngiltərə: Baş nazir seçiminin növbəti mərhələsi

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında baş nazir vəzifəsinə keçirilən seçki mərhələlərində Boris Consonun üstünlüyü investorların diqqət mərkəzində.

İngiltərə: Baş nazir seçiminin növbəti mərhələsi

İngiltərənin baş nazir vəzifəsinə seçim uğrunda bu gün keçirilən dördüncü seçki mərhələsində daxili işlər naziri Sacid Cavid 34 səs ilə iştirakını dayandırıb. 


Bu gün axşam isə beşinci seçim turunda Boris Conson ilə qarşılaşacaq namizədlər arasında mübariz başlayacaq və səs vermə nəticələrinin Bakı vaxtı ilə saat 22:00-da açıqlanması gözlənilir.


Qeyd etmək lazımdır ki, keçmiş xarici işlər naziri Boris Conson 157 səs ilə üstünlüyünü möhkəmləndirib. Keçmiş nazir sərt Breksit tərəfdarıdır.