İngiltərə: Baş nazir seçkisi iki namizəd ilə davam edir

21 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərənin AB-dən necə ayrılacağı qeyri-müəyyənliyi seçiləcək yeni baş nazir ilə aradan qalxa bilər deyə gözlənilir.

İngiltərə: Baş nazir seçkisi iki namizəd ilə davam edir

İngiltərədə baş nazir seçkisi iki namizəd, Boris Conson və Ceremi Hant arasında mübarizə ilə davam edir. Mübarizə keçmiş xarici işlər naziri və indiki xarici işlər naziri arasında bir neçə həftə "Tory" partiyasında səs toplamaq uğrunda gedəcək. 


Beləliklə, nəticədə kimin partiya sədri və ölkənin baş nazirinin olacağı iyul ayının sonuna kimi əsas seçki yolu ilə müəyyən edilməlidir. 15 regional konfransların birincisi artıq şənbə günü Birminhemdə baş tutacaqdır. İyul ayının 9-da isə hər iki namizədin televiziyada debatı gözlənilir. 


Qeyd etmək lazımdır ki, cümə axşamı baş tutan beşinci seçki mərhələsində Boris Conson 160 səs ilə partiyanın yarısından səs toplamış oldu. Conson partiya üzvləri arasında böyük rəğbətlə qarşılanır. Breksit tarixinin uzadılması ilə əlaqədar olaraq etimadları itirilmiş Breksit tərəfdarlarının Consonun yenidən geri qazana biləcəyi gözlənilir. 


Breksit tarixi iki dəfə uzadılmışdı, çünki Tereza Meyin AB ilə razılaşdırdığı saziş parlament tərəfindən qəbul edilməmişdi. Sonuncu tarix isə 31 oktyabrdır.