İngiltərə: Baş nazir yeni seçki çağırmaq istəyir

04 Sentyabr 2019

İngiltərə siyasətində Breksit mövzusunda mübahisələrin daha da dərinləşməsi iqtisadi riskləri də artırır.

İngiltərə: Baş nazir yeni seçki çağırmaq istəyir

İngiltərənin baş naziri Boris Conson parlamentdə deputatlar onun Breksit siyasətinə qarşı yeni qanun ilə dayanacaqları təqdirdə yeni seçki təyin etməyi planlaşdırır. Bu haqda baş nazir çərşənbə axşamı rəqiblərinə qarşı uduzduqdan sonra açıqlama verib: "Mən əslində seçki istəmirəm, lakin deputatlar lazımsız yeni Breksit tarixi üçün səs verəcəklərsə, yeganə yol bu qalır". 

Parlament çərşənbə axşamı hökümətin iradəsinə qarşı olaraq sazişsiz Breksitin qarşısını alan yeni qanun layihəsi üçün yolu açıq elan edib. Qanun layihəsinin artıq çərşənbə günü aşağı palatadan keçirilməsi planlaşdırılır ki, tez bir zamanda da yuxarı palatada səs verməyə çıxarılsın. Burada da layihə qəbul edilərsə, qanuna çevrilmiş olacaqdır. 

Yeni planlaşdırılan qanuna əsasən, baş nazir oktyabrın 19-a kimi Avropa Birliyi (AB) ilə razılıq əldə etməsə, Breksit tarixi uzadılmalıdır. Bu tarix də 27 AB ölkəsi tərəfindən təsdiq edilən tarix olmaldır. 

Qeyd etmək lazımdır ki, Conson heç bir halda Breksit tarixini uzatmaq istəmir. Bunun üçün isə o, yeni parlament seçkilərinə ümid edir. Bunu qəbulu üçün də ona aşağı palatanın üçdə-ikisinə, yəni müxalifətə ehtiyacı vardır. Lakin artıq Consonun üzv olduğu "Tory" partiyasından da 21 nəfər əlaydar çıxaraq, fraksiyadan uzaqlaşdırılıb.