İngiltərə Breksit danışıqlarında növbəti cəhdini edir

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit danışıqlarında hansı irəliləyişin olacağı investorların diqqət mərkəzindədir.

İngiltərə Breksit danışıqlarında növbəti cəhdini edir

İngiltərə höküməti Brüssel ilə danışıqları yenidən canlandırmağa çalışır. Breksit naziri Stiven Barkley və Britaniya baş prokuroru Geofrey Kaks bazar ertəs Avropa Birliyi nümayəndəsi Mişel Barnier ilə görüşüblər. Görüşün detalları haqqında açıqlama verilməyib. 


Böyük Britaniyanın Avropa Birliyindən razılaşdırılmış qaydada çıxması sazişi uğrunda mübarizənin vaxtı getdikcə daralır. Sonuncu plana əsasən Breksit mart ayının 29-da baş tutacaqdır. İngiltərə höküməti ilə AB-nin 27-i ölkəsi arasında razılaşdırılan Breksit planı isə London parlamentində güclü müqavimətlə rastlaşır. 


Planda ən çox mübahisəyə səbəb "bekstop"-dur. Bu punkt Şimali İrlandiya (İngiltərə) ilə İrlandiya (AB) arasında açıq sərhədin qarantıyasını təşkil edir. Plana əsasən, Böyük Britaniya poblem həll olunana kimi AB-də qalacaqdır. Tənqidçilər isə bu qaydanın İngiltərəni uzun müddət AB-yə bağlaya biləcəyindən və müstəqil ticarət siyasətini məhdudlaşdıracağından narahatdırlar. 


Tereza Mey sonuncu dəfə açıqlamasında AB-ni sazişdə dəyişikliyə gətirməyə çalışır. 


İngiltərə höküməti ilə AB arasında Breksit razılaşması əldə olunmasa, ayrılığın sərt və iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində həyata keçəcəyi gözlənilir. Bu, hər iki tərəfdə və dünyada iqtisadi riskləri artırır.