İngiltərə: Breksit və İranla pozulan münasibətlər

22 İyul 2019

İngiltərə hökümətinin baş nazirinin dəyişməsi ərəfəsində İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

İngiltərə: Breksit və İranla pozulan münasibətlər

İngiltərə hökümətinin baş nazirinin dəyişməsi ərəfəsində İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. İngiltərə müdafiə nazirliyinin verdiyi məlumata əsasən, "bir neçə imkanlar" yoxlanılır. Xarici işlər naziri Ceremi Hant isə bu gün vəziyyət ilə bağlı parlamentə məlumat verəcəkdir. Mediada verilən xəbərlərdə isə İran dövlətinin hesablarının dondurulması təklif edilir. 

Ceremi Hant baş nazir vəzifəsi uğrunda Boris Conson ilə yarışır. Bu gün isə son günlər davam edən mübarizənin nəticəsi açıqlanacaqdır. 

Bununla yanaşı, bazar ertəsi milli təhlükəsizlik şurasının ("Cobra") Londonda üçüncü görüşü planlaşdırılır və bu dəfə baş nazir Tereza Meyin də iştirak etməsi nəzərdə tutulur. Son iki görüşdə isə şəxsən iştirak etməyib, məlumatlandırılıb. 

İki ölkə arasında böhran Böyük Britaniyada Breksit ətrafında gərgin daxili siyasi proseslərin getdiyi və mühafizəkar baş nazir Meyin istefası dövrünə təsadüf edir. Keçmiş xarici işlər naziri və partiyasında da mübahisəli olan Boris Consonun çərşənbə günü Meyin vəzifəsini icra etməyə başlayacaqdır. 

Qeyd etmək lazımdır ki, İngiltərə bayrağı altında üzən "Stena Impero" neft tankerinin cümə günü Oman sularında saxlanılmasından sonra müdafiə naziri Penni Mordaunt İranın "düşmən hərəkətləri"-ndən danışıb.