İngiltərə höküməti növbədən seçki çağırır

09 Sentyabr 2019

Hökümətin sazişsiz Breksit əlehdarlarına qarşı təzyiqlərin də artması gözlənilir və bu birjalarda yenidən korreksiyalara səbəb ola bilər.

İngiltərə höküməti növbədən seçki çağırır

İngiltərənin baş naziri Boris Consonu bazar ertəsi parlamentin nümayəndələr palatasında yenidən uğursuzluq gözləyir. Baş nazir oktyabr 15-i üçün planlaşdırdığı növbədənkənar seçki üçün parlamentdən dəstək istəyir. Bu yolla hökümət başçısı sazişsiz Breksitə qarşı qanun layihəsini də dəyişmək istəyir. 

Lakin müxalifət artıq buna icazə verməyəcəklərini bəyan edib. Yeni parlament seçkiləri üçün deputatların üçdə ikisi razılıq verməlidir. Bu mərhələdə isə Conson çərşənbə günü artıq ilk uğursuzluğunu yaşayıb. 

Bununla yanaşı, sazişsiz Breksit əlehdarlarına qarşı hökümətin təzyiqləri də artıb. Belə ki, Conson tərəfindən qəbul edilən parlamentin tətilə göndərilməsi qərarı artıq bazar ertəsi axşam qüvvəyə minə bilər. 

Bununla yanaşı, mediada hökümətin cümə günü sazişsiz Breksitə qarşı qəbul edilən qanuna riayət etməyəcəyi ehtimalları da səsləndirilir. 

Qeyd etmək lazımdır ki, qanun baş naziri Avropa Birliyi ilə oktyabrın 19-na kimi Breksit sazişi razılaşdıra bilmədiyi təqdirdə, oktyabrın 31-dən sonra müzakirəlin müddətini üç ay uzatmağa məcbur edir.