İngiltərə: Hökümətin qərarına dair hökm açıqlanacaqdır

24 Sentyabr 2019

Dünya birjalarında İngiltərə ali məhkəməsinin hökümət tərəfindən parlamentin tətilə göndərilməsi qərarının qanuniliyə dair qərarı gözlənilir.

İngiltərə: Hökümətin qərarına dair hökm açıqlanacaqdır

İngiltərədə ali məhkəmə bu gün Bakı vaxtı ilə saat 14:30-da hökümət tərəfindən parlamentin tətilə göndərilməsi qərarının qanuniliyə dair qərar çıxaracaqdır. 

On bir hakim parlament ilə hökümət arasında mübahisəyə müdaxilə etmələrinə dair qərar verməli olacaqlar. Hakimlər bu yolu seçərlərsə, Consonun kraliçə II Yelizabetdən parlamentin beş həftəlik tətilə göndərilməsi istəyinin qanuniliyinə dair hökm çıxarmalıdırlar. Baş nazir Conson üçün uğursuzluq böyük zərbə olacaqdır və hökm özü ilə bərabər baş nazirin istefasını da gündəmə gətirəcəkdir.