İngiltərə: İnflyasiya proqnozların altında

17 İyul 2019

Proqnozların altında açıqlanan aylıq istehlak qiymətləri indeksi gələcək iqtisadi risklərdən xəbər verir.

İngiltərə: İnflyasiya proqnozların altında

İngiltərə hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətlərində iyun ayında aylıq müqayisədə artım müşahidə edilməyib. Beləliklə, may ayından etibarən 2.1%-dən 2.0%-ə düşən illik inflyasiya göstəricisi də cari səviyyələrdə qeydə alınıb. 

Mütəxəssislər də illik inflyasiyanın 2.0% açıqlanacağını proqnozlaşdırsalar da aylıq müqayisədə 0.3%-lik artım ehtimal edirdilər. Proqnozların altında açıqlanan göstəricilər gələcək iqtisadi risklərə işarədir. 

Qeyd etmək lazımdır ki, dünyada iqtisadi inkişaf dinamikasının zəifləməsi və Avropa Birliyi ilə İngiltərə arasında Breksit sazişinin razılaşdırılmaması investisiyaların azalmasına və iqtisadi aktivliyin azalmasına təsir edir.