İngiltərə iqtisadiyyatında artım ehtimalları

10 May 2019

Dünya maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental xəbərlər arasında Böyük Britaniyanın ÜDM göstəriciləri də var.

İngiltərə iqtisadiyyatında artım ehtimalları

Bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin ümumdaxili məhsulun həcmində dəyişikliklə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər ÜDM-un həcminin mart ayında 0.2%-dən 0%-dək azalacağını proqnozlaşdırsa da birinci rübdə 0.2%-dən 0.5%-dək, illik müqayisədə isə 1.4%-dən 1.8%-dək artacağı ehtimal edirlər. Proqnozlar öz təsdiqini taparsa, funt sterling maliyyə bazarlarında dəyər qazana bilər.