İngiltərə iqtisadiyyatında güclü canlanma

24 Yanvar 2020

Böyük Britaniyanın sənaye və xidmət sektorlarında işgüzarlıq aktivliyi sürpriz səviyyələrə artıb.

İngiltərə iqtisadiyyatında güclü canlanma

Markit araşdırma mərkəzinin cümə günü açıqladığı fundamental göstəricilərə əsasən, İngiltərədə biznes aktivliyi indeksi yanvar ayında sənaye sektorunda 49.8, xidmət sektorunda isə 52.9 punkt açıqlanıb. 

Qeyd etmək lazımdır ki, sənaye sektoru üzrə göstərici 2019-cu ilin may və xidmət sektoru üzrə göstərici isə 2018-ci ilin oktyabr ayından etibarən ən yüksək səviyyə hesab edilir. 

Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%).


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%