İngiltərə iqtisadiyyatında inkişaf dayandı

11 Mart 2020

İngiltərə iqtisadiyyatında inkişaf yanvar ayında dayanaraq, illik dinamikanın da son altı ilin minimumuna düşməsinə səbəb olub.

İngiltərə iqtisadiyyatında inkişaf dayandı

İngiltərənin statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında ölkədə mal və xidmətlərin istehsal həcmində aylıq müqayisədə dəyişiklik olmayıb, illik müqayisədə isə 0.6% artıb. Dekabr ayında bu göstəricilər müvafiq olaraq 0.3 və 1.2% olmuşdur. 

Mütəxəssislər isə aylıq və illik dinamikaların müvafiq olaraq yalnız 0.2 və 0.9%-ə düşəcəyini proqnozlaşdırırdılar.