İngiltərə iqtisadiyyatında zəifləmə ehtimalları

10 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental xəbərlər arasında Böyük Britaniyanın ÜDM göstəriciləri də var.

İngiltərə iqtisadiyyatında zəifləmə ehtimalları

Bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin ümumdaxili məhsulun həcmində dəyişikliklə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər ÜDM-un həcminin fevral ayında 0.5%-dən 0.2%-dək azalacağını proqnozlaşdırırlar. Proqnozlar öz təsdiqini taparsa, funt sterling maliyyə bazarlarında dəyər itirə bilər.