İngiltərə iqtisadiyyatından mənfi göstəricilər

11 Fevral 2020

İngiltərə iqtisadiyyatında sənaye sektoru üzrə və rüblük inkişaf göstəriciləri proqnozlaşdırılanın altında açıqlanıb.

İngiltərə iqtisadiyyatından mənfi göstəricilər

İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, dördüncü rübdə ÜDM illik müqayisədə 1.1, rüblük müqayisədə isə 0% artıb. Mütəxəssislər isə müvafiq olaraq 0.8 və 0.4%-lik artım proqnozlaşdırırdılar. 

Bununla yanaşı, dekabr ayında sənaye istehsalı 0.1%, emal istehsalı isə 0.3% artıb. Sözügedən göstəricilər üzrə isə iqtisadçılar müvafiq olaraq 0.3 və 0.5%-lik genişlənmə ehtimal edirdilər. 

Ticarət dövriyyəsi üzrə isə dekabr ayında 850 milyon funt sterlinqlik müsbət saldo qeydə alınıb. Maliyyə bazarlarında dekabr ayında 5 milyard funt sterlinqlik mənfi saldonun 9 milyard funta yüksələcəyi proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, proqnozlaşdırılandan zəif göstərici gələcək məlumatların da mənfi açıqlana biləcəyinə işarədir və ya əksinə.