İngiltərə: İşsizlikdə artım və əmək haqlarında azalma

14 Avqust 2018

İngiltərənin əmək bazarı ilə bağlı fundamental məlumatların mənfi açıqlanmasına, GBP/USD məzənnəsinin 0.5%-ə kimi ucuzlaşmasına səbəb olub.

İngiltərə: İşsizlikdə artım və əmək haqlarında azalma

İngiltərədə işsizlik səviyyəsi son 43 ilin minimum səviyyəsindədir. İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarda işsizlik səviyyəsinin iyun ayında 9.0 min nəfər artmasına baxmayaraq, ümumi işsizlik səviyyəsi 4.0%-ə kimi azalıb. Mütəxəssislər isə işsizlik səviyyəsində daha az - yalnız 3.8 min nəfər artım gözləyirdilər. Ümumi işsizlik səviyyəsində isə dəyişiklik gözlənilmirdi. 2018-ci ilin fevral ayında işsizlik səviyyəsi 4.0%-ə kimi 0.2% azalmaqla, 1975-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə düşüb. 


Bununla yanaşı, işsizlik səviyyəsinin azalmasına baxmayaraq, orta əmək haqlarında artım dinamikası da aylıq müqayisədə 2.5%-dən 2.4%-ə kimi azalıb. Bu isə 2018-ci ilin minimum səviyyəsidir. 


Məlumatlar funt sterlinqin ucuzlaşmasına təsir edib - 0.5%. Bu gün göstəricilər arasında ümumi işsizliyin azalmasına baxmayaraq, əmək haqlarının azalması, iqtisadi vəziyyəti mənfi qiymətləndirməyə əsas verir. İşsizlik səviyyəsinin dinamikasında da yüksək artımın açıqlanması, gələcək aylarda işsizlik səviyyəsinin də yenidən artmasına təsir edə biləcəyi narahatlığı yaradır. İngiltərədə "Breksit" fonunda siyasi risklər və Amerika Mərkəzi Bankının sərt monetar siyasəti də GBP/USD məzənnəsinə qarşı təzyiqlərin daha güclü olmasına səbəb olur.