İngiltərə: Korbin yeni baş nazir olmaq istəyir

15 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında yeni baş nazirə qarşı müxalifət cəbhəsinin güclənməsi investorların diqqət mərkəzindədir.

İngiltərə: Korbin yeni baş nazir olmaq istəyir

Böyük Britaniyanın "Labour" partiyasının sədri Ceremi Korbin verilən xəbərlərə əsasən, baş nazir olmaq və sazişsiz Breksitin qarşısını almaq istəyir. Breksitə 80 gündən az qalmış, Korbin parlamenti Boris Consona qarşı etimad səsverməsi ilə vəzifəsindən azad etməyi, yeni baş nazir kimi Breksitin vaxtını uzatmağı və yeni seçkilər çağırmağı planlaşdırır. 

Bununla bağlı Korbin çərşənbə günü müxalifət partiyalarına məktub ünvanlayıb: "Bizim prioritetimiz parlamentdə birgə işləməkdir ki, zərərli sazişsiz Breksitin qarşısını alaq". 

Hökümət nümayəndələrindən biri isə açıqlamasında bildirib ki, aydın bir seçim qarşısındayıq: Ya Korbin ilə referendumun nəticələrini ləğv edəcəyik və iqtisadiyyatı dağıdacağıq, ya da Boris Conson ilə refendumun nəticələrinə hörmət etmiş olacaq, səhiyyəyə daha çox pul ayıracaq və küçələrdə polislərin sayını artıracağıq.