İngiltərə: Məşğullar sürətlə artır, əmək haqları yox

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Böyük Britaniyanın əmək bazarı ilə bağlı açıqlanan fundamental məlumatlar qarışıq olub.

İngiltərə: Məşğullar sürətlə artır, əmək haqları yox

Böyük Britaniyada əmək bazarı ilə bağlı açıqlanan fundamental göstəricilərə əsasən, məşğul olanların sayı yanvar ayında 167 min nəfər artsa da işsizlik səviyyəsi proqnozlaşdırıldığı kimi 4.0% səviyyəsində qalıb. Analitiklər məşğulların 152 min nəfər artacağını ehtimal edirdilər. Dekabr ayında bu göstərici 141 min nəfər idi.


Əmək haqlarında artım dinamikası da proqnozların əksinə olaraq, 3.4% səviyyəsində qalıb. İqtisadçılar dinamikanın 3.5%-ə kimi yüksələcəyini pronozlaşdırırdılar.