İngiltərə: Meyin yerinə sonuncu namizəd seçki mərhələsi

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərədə baş nazir vəzifəsinə keçirilən seçkilər investorlar tərəfindən böyük maraqla izlənilir.

İngiltərə: Meyin yerinə sonuncu namizəd seçki mərhələsi

Ingiltərədə baş nazir Tereza Meyin yerinə namizədin seçilməsinin bu gün növbəti mərhələsi gözlənilir və dörd namizəd arasından ikisi seçiləcəkdir. 


Boris Conson isə artıq seçilmiş sayılır. O, çərşənbə günü üstünlüyünü daha da böyüdə bilib. Belə ki, üçüncü seçki mərhələsində keçmiş London meri və xarici işlər naziri 313 səsdən 143-ünü toplayıb. 


Bununla yanaşı, xarici işlər naziri Ceremi Hant 54, ətraf mühit naziri Mixayel Qov 51 və daxili işlər naziri Sacid Cavid 38 səs ilə bugünkü mərhələyə çatıblar. Bunlar arasında keçiriləcək səsvermənin nəticələri Bakı vaxtı ilə saat 17:00-da açıqlanacaqdır. Namizədlər arasında iştirakını dayandırmaq istəməyən olmasa gün ərzində ikinci səsvermənin keçirilməsi və cavablarının saat 22:00-da açıqlanması gözlənilir. 


İnkişaf naziri Rori Stevart - pro avropalı namizəd kimi üçüncü mərhələdə 27 səs ilə ikinci mərhələsində topladığı səsləri yığa bilməyərək iştirakı dayandırılıb. 


Qeyd etmək lazımdır ki, Stevartdan fərqli olaraq, digər namizədlərin Consona çətinlik yaradacaqları gözlənilmir.