İngiltərə parlamentdə qərarsızlıq, Meyin istefası

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit sazişinə alternativlərin qəbul olunması mövzusunda parlamentin parçalanması investorların diqqət mərkəzində.

İngiltərə parlamentdə qərarsızlıq, Meyin istefası

İngiltərənin baş naziri Tereza Mey Breksit sazişi parlamentdə qəbul olunacağı təqdirdə istefa verəcəyini bildirib. Bundan sonra axşam saatlarında saziş üçün təklif edilən səkkiz alternativ parlament tərəfindən qəbul olunmayıb. 


Mey isə Avropa Birliyi ilə razılaşmaq üçün əlavə danışıqlara getməyəcəyini əlavə edib və bu həftə üçüncü dəfə razılaşdırılan sazişi səsverməyə qoymağı planlaşdırır. Bugünə kimi iki dəfə səsvermə uğursuz olub. 


Lakin parlamentdə alternativ təkliflər mövzusunda da deputatlar arasında həmfikir mövcud deyil. Belə ki, AB ilə sıx əməkdalıq, ikinci referendum və sazişsiz Breksit variantları rədd edilib. 


Bütün bunların nəticəsində Mey bildirib ki, ölkəsi üçün səlahiyyətlərini vaxtında tez tərk etməyə də hazırdır. Yeni idarə etmənin də tələb olunduğunu bilən baş nazir əlavə edib ki, heç kimin qarşısını almaq istəmir. Lakin istefası ilə bağlı dəqiq vaxt bildirilməyib.