İngiltərə parlamenti Breksit planın qəbul edib

30 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında son günlər müzakirə mövzusu olan Breksit prosesi fonunda B planı İngiltərə parlamentində qəbul edilib.

İngiltərə parlamenti Breksit planın qəbul edib

İngiltərə parlamenti çərşənbə axşamı Breksit planına dəyişiklik paketini qəbul edib. Ümumilikdə yeddi səsvermə həyata keçirilmişdi. Beləliklə, parlament az üstünlüklə B planının xeyrinə səs verməklə, İrlandiya ilə Şimali İrlandiya (İngiltərə) arasında açıq sərhədlərin razılaşdırılmasının, Breksit sazişində Avropa Birliyi ilə yenidən müzakirə edilməsini tələb edir. AB tərəfi isə yeni müzakirələri geri çevirib. 


Bununla yanaşı, yeni paketdə İngiltərənin AB-dən sazişsiz çıxması qəbul olunmaz hesab edilib. Lakin bu qərarın hüquqi nəticələri nəzərdə tutulmayıb.