İngiltərə parlamenti Breksit sazişini qəbul edəcək?

18 Oktyabr 2019

Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir, avro və funt bahalaşır.

İngiltərə parlamenti Breksit sazişini qəbul edəcək?

FX: Dollar ucuzlaşır: EUR/USD və GBP/USD bahalaşır. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir. 

Buna bir səbəbi ABŞ-dan fundamental göstəricilərin mənfi açıqlanması fonunda Amerika Mərkəzi Bankının faiz azaldılması ehtimallarıdır. Digər səbəb isə İngiltərə höküməti ilə Avropa Birliyi arasında Breksit sazişinin razılaşdırılması fonunda EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmasıdır. 


Şənbə günü Breksit sazişinin qəbul edilməyəcəyi ehtimal edilir. 

Lakin GBP/USD məzənnəsi Böyük Britaniya parlamenti üvzlərinin son açıqlamalarından sonra 1.30$-da müqavimətlə rastlaşıb. Belə ki, açıqlamalardan sonra şənbə günü baş tutacaq parlament səsverməsində Breksit sazişinin qəbul edilməyəcəyi ehtimalları artıb.