İngiltərə parlamenti tətilə buraxıldı

10 Sentyabr 2019

Dünya maliyyə bazarlarında parlament ilə İngiltərə höküməti arasında mübarizə investorların diqqət mərkəzindədir.

İngiltərə parlamenti tətilə buraxıldı

İngiltərə parlamentinin aşağı palatasında baş nazir Boris Conson çərşənbə axşamı gecə saatlarında  yeni seçki planı üçün səslərin üçdə ikisini qazana bilməyib. Bundan sonra isə parlamantin aşağı palatası oktyabrın 14-nə kimi beş həftəlik tətilə çıxıb. 

Bununla yanaşı, çərşənbə axşamı Boris Conson Avropa Birliyin ilə sazişin razılaşdırılmayacağı şəraitində Breksit tarixini uzatmayacağını bildirib. Lakin sazişsiz Breksitə qarşı qəbul edilən qanundan necə keçəcəyi məlum deyil. 

Qeyd etmək lazımdır ki, İngiltərə höküməti Brüsseldən Breksit sazişində İrlandiya ilə Şimali İrlandiya arasında sərhədin qurulmamasını nəzərdə tutan bekstop maddəsinin silinməsini istəyir.