İngiltərə parlamentində Breksit müzakirəsi

25 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında investorların diqqətini Breksit prosesinə istiqamətləndirə biləcək hadisələr gözlənilir.

İngiltərə parlamentində Breksit müzakirəsi

Bu həftə Breksit prosesi və baş nazir Tereza Mey üçün önəmli həftdədir. Belə ki, ingilis deputatları bazar ertəsi parlamentdə Breksit prosesini müzakirə etməyi planlaşdırırlar. 


Bugünə kimi İngiltərə höküməti ilə Avropa birliyi arasında razılaşdırılan Breksit sazişi parlament tərəfindən iki dəfə qəbul edilməyib. Gözləntilərə əsasən, çərşənbə axşamı üçüncü dəfə sesvermə keçirilə bilər. 


Lakin maliyyə naziri Filip Hemmondun fikirlərinə görə, bu dəfə də hökümətin parlamentdə dəstək ala biləcəyi az ehtimal edilir. 


Qeyd etmək lazımdır ki, baş nazir Tereza Mey sonuncu dəfə deputatlara məktub ilə müraciət edərək bildirmişdi ki, saziş üçüncü dəfə qəbul edilməsə, bu zaman AB-dən Breksit tarixinin uzadılması tələb olunacaq ki, bu da ölkənin Avropa parlament seçkilərində iştirakını labüd edəcəkdir.