İngiltərə parlamentindən Breksit sazişi təkidi

04 Aprel 2019

Dünya maliyyə bazarlarında sazişsiz Breksit risklərinin azalmasına səbəb ola biləcək xəbər yayılıb - parlament höküməti saziş razılaşdırmağa məcbur edir.

İngiltərə parlamentindən Breksit sazişi təkidi

Böyük Britaniya parlamenti çərşənbə günü höküməti Breksit vaxtının uzadılmasına məcbur edən qanun layihəsi qəbul edib. Layihənin qanuna çevrilməsi üçün isə yuxarı palata da bunu qəbul etməlidir. Layihə ölkəni Avropa birliyindən sazişsiz çıxmağı qadağan edir. 


Baş nazir Tereza Mey Breksiti aprel ayının 12-də həyata keçirmək istəyirdi. Sazişin parlamentdə üçüncü dəfə qəbul olunmamasına baxmayaraq, sazişsiz Breksitə gedilməsi planlaşdırılırdı. Lakin bundan sonra Mey AB-dən Breksit tarixinin uzadılmasını istəyəcəkdir. AB-də isə aprel ayının 10-da zirvə toplantısı başlayır və bu tarixə kimi İngiltərə höküməti yeni həll yolları təklif etməlidir. 


Müxalifət lideri Korbin də üzv olduğu partiya sıralarında müqavimətlə rastlaşır. Belə ki, "Labour" partiyasının üzvləri ikinci referenduma tələb edir. Beləliklə, Mey ilə Korbin vaxtında ortaq məxrəcə gələ bilməsələr, parlament yenidən alternativ təkliflər üzərində müzakirələrə gedəcək.