İngiltərə: Sənaye sektorunda aktivlik azalmaqda

01 Fevral 2019

Avropa Birliyi ilə İngiltərə arasında Breksit danışıqlarının sərt şəklldə davam etməsi, siyasi və iqtisadi riskləri artırmaqdadır.

İngiltərə: Sənaye sektorunda aktivlik azalmaqda

Ingiltərənin sənaye sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") yanvar ayında azalaraq, 51.8 punkt ilə son üç ayın ən aşağı səviyyəsinə düşüb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Dekabr ayında xidmət sektoru üzrə indeks 51.2 punkta kimi 0.8 punkt artmış, tikinti sektorunda isə göstərici 52.8 punkta kimi 0.6 punkt azalıb.  Sözügedən göstəricilərin yanvar ayı üzrə göstəricilərin isə müvafiq olaraq, fevral ayının 5 və 4-ü açıqlanacaqdır. 


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit prosesinin razılaşdırılması istiqamətində danışıqları çətin şəraitdə davam etməsi, İngiltərə iqtisadiyyatı fonunda qeyri-müəyyənliyi və riskləri də artırır.