İngiltərə: Sənayedə aktivlik azalıb

01 May 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən İngiltərə sənayesi ilə bağlı göstəricilər proqnozlaşdırılandan çox pis açıqlanıb.

İngiltərə: Sənayedə aktivlik azalıb

Ingiltərənin sənaye sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") aprel ayında azalaraq, göstərici 55.1 punkt ilə son bir ilin maksimum səviyyəsinə yüksəldikdən sonra yenidən 53.1 punkta düşüb. 


Analitiklər isə göstəricinin yalnız 53.2 punkta kimi azalacağını proqnozlaşdırırdılar. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.