İngiltərə: Sənayedə aktivlik son bir ilin maksimumunda

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən İngiltərə sənayesi ilə bağlı göstəricilər proqnozlaşdırılandan çox yaxşı açıqlanıb.

İngiltərə: Sənayedə aktivlik son bir ilin maksimumunda

Ingiltərənin sənaye sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") mart ayında artaraq, 55.1 punkt ilə son bir ilin maksimum səviyyəsinə yüksəlib. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


Analitiklər isə göstəricinin 51.2 punkta kimi 0.9 punkt azalacağını proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.