İngiltərə: Tikintidə zəifləmə, Funtda ucuzlaşma

05 Fevral 2019

Dünya maliyyə bazarlarında İngiltərədən açıqlanan fundamental məlumatlar fonunda GBP/USD minimumlarını yenilədi və 1.29$-a kimi ucuzlaşa bilər.

İngiltərə: Tikintidə zəifləmə, Funtda ucuzlaşma

GPB/USD ötən həftənin minimumlarını yenilədikdən sonra 1.3040 hədlərində ticarət olunur. Valyuta cütlüyü üçün vacib hesab olunan 1.3080 həddi qırılmayacağı təqdirdə, qiymətin eniş ehtimalları güclənir ki, bu da GPB/USD cütlüyünün 1.2990 və 1.2925 səviyyələrinə qədər düşməsinə səbəb ola bilər. 


Əks təqdirdə, qiymət 1.3080 hədlərinin üzərində ticarət olunacağı halda cütlüyün qiyməti üçün növbəti hədəflər 1.3125 və 1.3170 hədləri hesab olunur.