İngiltərə: ÜDM ilə bağlı göstəricilərdə azalma

11 Fevral 2019

Böyük Britaniya iqtisadiyyatına dair açıqlanan fundamental göstəricilər gün ərzində GBP/USD məzənnəsinə təzyiqləri artırıb.

İngiltərə: ÜDM ilə bağlı göstəricilərdə azalma

Bu gün İngiltərədən açıqlanması gözlənilən iqtisadi göstəricilərlə bağlı bir sıra əhəmiyyətli xəbərlər artıq dərc edildi. Bunlardan aylıq, rüblük və illik ÜDM ilə bağlı dərc edilən xəbərlər daha çox diqqət mərkəzində idi. 


Dərc edilən iqtisadi göstəricilərin hər 3-ü proqnozlardan zəif açıqlanıb. Bu da öz növbəsində GBP/USD cütlüyündə müəyyən qısa müddətli hərəkətlilik yaratdı. 


Maliyyə aləti üçün 1.2985 səviyyələri vacib hədlər hesab edilir ki, qiymətin bu səviyyədən altında ticarət olunması, qiymətin ucuzlaşma ehtimallarını artırır. 


Hal-hazırda 1.29 səviyyələrindən aşağıda ticarət olunan cütlük üçün 1.2860 və 1.2820 hədləri yeni minimum hədəfləri hesab edilir. 


Əks halda, cütlüyün qiyməti 1.2950 səviyyələrinin üzərinə qayıdarsa, 1.2985 və 1.3020 hədləri yeni hədəflər hesab olunur.