İngiltərədə pərakəndə satışın artması proqnozlaşdırılır

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında cümə günü İngiltərədən açıqlanacaq önəmli undamental məlumatlar investorların diqqət mərkəzindədir.

İngiltərədə pərakəndə satışın artması proqnozlaşdırılır

Beynəlxalq maliyyə bazarlarında funt dollar qarşısında son üç həftədir ucuzlaşmaqdadır.


Həftə ərzində ÜDM və inflyasiya göstəricilərinin  zəif açıqlanması, funta təzyiq edən əsas səbəblərdir. 15 Fevral saat 13:30-da yayımlanacaq pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricilər də diqqət mərkəzindədir.


Pərakəndə satış dövriyyəsində keçən ay 0.9%-lik azalma ilə dərc edilən göstəricinin bu ay 0.2%-lik artımla yayımlanması proqnozlaşdırılır.


Proqnozlar özünü doğruldacağı təqdirdə, bu, GBP/USD maliyyə alətinin 1.2950 səviyyəsinə kimi bahalaşmasına səbəb ola bilər. Əks halda, qiymətin 1.28 və 1.2750 səviyyələrinə kimi ucuzlaşması gözlənilir.