İngiltərə və AB arasında Breksit danışıqları davam edir

15 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Breksitə dair açıqlanan yeni xəbərlər investorlar tərəfindən böyük maraqla izlənilir.

İngiltərə və AB arasında Breksit danışıqları davam edir

Oktybarın 31-də planlaşdırılan Breksitə iki həftə qalmış İngiltərə ilə Avropa Birliyi (AB) arasında danışıqlarda yüksək dinamika müşayiət olunur. İki tərəf arasında müzakirələr Brüsseldə baş tutmaqdadır. AB-nin xarici işlər nazirləri isə Lüksemburqdə məsləhətləşirlər. 

Breksit sazişinin detalları AB-nin cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısında razılaşdırılmalıdır ki, şənbə günü Böyük Britaniya parlamenti razılaşmaya dair qərar versin. 

Bazar ertəsi AB Komissiyası ilə İngiltərə arasında müzakirələr axşam saatlarına kimi davam etdikdən sonra danışıqlar çərşənbə axşamı da davam etdirilir. Bu haqda Böyük Britaniya tərəfi məlumat verir. Məlumata əsasən, proses ərzində sazişə dair İngiltərədən tələb olunan yeni detallar daxil olub.