İngiltərə və AB: Bazar ertəsi Breksit görüşü

13 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Breksitə dair yeni xəbərin böyük dalğalanmalara səbəb ola biləcək gözlənilir.

İngiltərə və AB: Bazar ertəsi Breksit görüşü

İngiltərənin baş naziri Boris Consonun bazar ertəsi Lüksemburqda Avropa Birliyinin (AB) Komissiya prezidenti Jon-Klaud Yunker ilə görüşü planlaşdırılır. Yunkerin sözcüsü Mina Andreva cümə günü tvitter vasitəsilə çərşənbə günü axşam iş yeməyinin planlaşdırıldığını xəbər verib. Əlavə məlumat isə verilməyib. Görüşdə oktyabrın sonu baş tutacaq Breksitin müzakirə ediləcəyi gözlənilir. 

Qeyd etmək lazımdır ki, AB-nin parlament sədri Devid Sassoli cümə axşamı İngiltərə hökümətinin Breksit sazişinə dair rəsmən inandırıcı və işlək yeni təkliflər irəli sürmədiyini bildirmişdir.