İngiltərə və ABŞ-dan inflyasiya, AB-dən ÜDM açıqlanacaq

14 Noyabr 2018

Bu gün açıqlanacaq önəmli fundamental məlumatların, dolların aparıcı valyutalara nisbətən qiymətlərində dalğalanmanın artmasına təsir edəcəyi gözlənilir.

İngiltərə və ABŞ-dan inflyasiya, AB-dən ÜDM açıqlanacaq

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq önəmli statistik göstəricilər öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiyməti 1% ucuzlaşıb. Belə ki, avro yenidən 1.13$, funt sterlinq isə 1.30$-a ticarət edilməkdədir.


Beləliklə, bu gün Bakı vaxtı ilə saat 13:30, 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin inflyasiya, Avrozonanın iqtisadi inkişaf və Amerikanın da inflyasiya ilə bağlı önəmli fundamental məlumatları diqqət mərkəzində saxlanılmalı və dolların qiymətlərindı ticarət aktivliyinin yenidən artması gözlənilir.