İngiltərə və Avrozonada iqtisadi vəziyyət

03 Mart 2020

Bu gün dünya birjalarında İngiltərə və Avrozonadan açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır.

İngiltərə və Avrozonada iqtisadi vəziyyət

Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatına dair iqtisadi göstəricilərin bazar ertəsi mənfi açıqlanması, FED-in faiz azaldılması ehtimallarını da artırır.  

Bu isə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb olur. 

Lakin bununla yanaşı, Avrozona və İngiltərə iqtisadiyyatlarına dair məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. Burada da mənfi iqtisadi tendesiya başlayarsa, dollara tələb yenidən arta bilər. 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin tikinti sektorunda işgüzarlıq aktivliyini ölçən indeksin və saat 14:00-da Avrozonadan inflyasiya ilə bağlı göstəricinin açıqlanması önəmli olacaqdır.