İngiltərə və Avrozonadan vacib xəbərlər

14 Avqust 2018

Bu gün beynəlxalq valyuta birjalarında güclü dalğalanmalara təsir edə biləcək önəmli məlumatların açıqlanması öncəsi avro və funt üzrə proqnozlar.

İngiltərə və Avrozonadan vacib xəbərlər

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$ ətrafında ticarət edilməkdədir. Lakin Avropada siyasi və iqtisadi risklərin aktuallığı, avronun daha da ucuzlaşa biləcəyi proqnozlarına əsas verir. Beləliklə, məzənnə 1.1370$-ı da aşağı istiqamətdə qırarsa, 1.1292 və 1.1192$-a kimi də ucuzlaşa bilər.


GBP/USD məzənnəsi də təzyiq altındadır. Burada ölkə valyutasına mənfi təsir edən amil daha çox Breksit fonunda risklərin artmasıdır. Hal-hazırda 1.28$-ın altında ticarət edilən funtun, 1.2710$-ı da aşağı istiqamətdə qırarsa, 1.2590$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiyası, Avrozonanın isə iqtisadi inkişafı ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.