İngiltərə xidmət sektoru və GBP diqqət mərkəzində

05 Fevral 2019

Bu gün İngiltərənin xidmət sektoru ilə bağlı açıqlanacaq fundamental məlumatların, GBP/USD məzənnəsinə təsir edə biləcəyi gözlənilir.

İngiltərə xidmət sektoru və GBP diqqət mərkəzində

Bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin xidmət sektorunda işgüzar aktivlik indeksi (ing.: "Services PMI") göstəricisi açıqlanacaqdır. Keçən ilin dekabr ayı ilə müqayisədə göstəricinin 0.1 punkt zəifləyəcəyi proqnozlaşdırılır. 


1.3200 maksimumunda müqavimətlə rastlaşan GBP/USD məzənnəsi, hal-hazırda 1.30 səviyyəsi üzərində dalğalanır. 


İngiltərənin xidmət sektorunda işgüzar aktivlik indeksi gözlənilən kimi zəifləmə ilə açıqlanarsa, GBP/USD məzənnəsi 1.30 dəstək həddini test edə bilər. Göstəricinin gözlənilənin əksinə, artımla dərci isə son günlərdə ucuzlaşmaqda olan funtun qiymətinə dəstək ola bilər.