İngiltərədə 2017-ci ilin inkişafı 2016-ci ilinkinə yaxınlaşıb

22 Dekabr 2017

Təqribən son iki il ərzində iqtisadi inkişaf dinamikası zəifləyən İngiltərə iqtisadiyyatı bu ilin üçüncü rübündə canlanıb.

İngiltərədə 2017-ci ilin inkişafı 2016-ci ilinkinə yaxınlaşıb

Cümə günü İngiltərənin statistika idarəsinin açıqladığı məlumatlara görə, ÜDM 3-cü rübdə rüblük olaraq 0.4%, illik olaraq isə 1.7% artıb. Analitiklər 3-cü rübdə illik artımın 1.5%, rüblük artımın isə 0.4% səviyyəsində qalacağını gözləyirdilər. 

ÜDM ölkə ərazisində müəyyən vaxt ərzində istehsal olunmuş mal və xidmətlərin dəyərini göstərir və iqtisadi inkişaf səviyyəsini əks etdirir. Bu gün yayımlanan göstəricilər ilkin hesablanma idi və 2017-ci ilin 4-cü rübü ilə bağlı yekun məlumatların isə 2018-ci ilin mart ayında yayımlanması gözlənilir. 

Dünya birjalarında GBP/USD cütlüyünün qiyməti 1.34$-ın altında ticarət edilir. Maliyyə bazarlarında isə qiymətin sözügedən səviyyənin altında qaldıqca, 1.33 və 1.31$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

Qeyd etmək lazımdır ki, İngiltərə iqtisadiyyatı 2014-ci ildə 3.0%, 2015-ci ildə 2.1%, 2016-ci ildə isə 1.9% böyümüşdür. Beləliklə, illik inkişaf səviyyəsi 2014-ci ildən 2016-ci ilə kimi 3.0%-dən 2.0%-ə kimi azalıb, 2017-ci ildə də azalmaqda davam edib. Belə ki, 2-ci rübdə iqtisadiyyatın illik artım gücü 2.0%-dən 1.5%-ə düşdükdən sonra 3-cü rübdə yenidən 1.7%-ə yüksəlsə də, bu, 2016-ci ilin inkişaf səviyyəsindən aşağıdır.