İngiltərədə daxili bazarda aktivlik artıb

12 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən İngiltərə iqtisadiyyatı ilə bağlı önəmli fundamental məlumatlar yanvar ayı üçün müsbət açıqlanıb.

İngiltərədə daxili bazarda aktivlik artıb

İngiltərə hökümətinin açıqdladığı rəsmi statistik məlumatlara əsasən, yanvar ayı ərzində istehsal olunan mal və xidmətlərin dəyəri aylıq müqayisədə 0.5% artıb. 


Bununla yanaşı, emal sənayesinin payında artım 0.8%-ə yüksəlməklə, ümumi sənaye istehsalında artım dinamikası 0.6%-ə çatıb. 


Xarici ticarət dövriyyəsində mənfi saldo isə 13.0 milyard funta yüksəlib. Bu göstərici dekabr ayında 12.7 milyard olmaqla, yanvar ayında 12.2 milyard funta kimi azalma proqnozlaşdırılırdı. 


Beləliklə, ölkə iqtisadiyyatında daxili bazarın daha çox inkişaf etdiyi müşahidə edilir. 


Qeyd etmək lazımdır ki, İngiltərədə yanvar ayında 


 - tikinti sektorunda biznes aktivliyi indeksi 50.6,

 - xidmət sektorunda biznes aktivliyi indeksi isə 50.1 punkta,

 - məşğulların artım dinamikası 20 mindən 14 minə, 

 - inflyasiya 2.1%-dən 1.8%-ə kimi azalmış, 

 - pərakəndə satış dövriyyəsində aylıq artım dinamikası 1.0%-ə çatmışdır.