İngiltərədə defisit son 47 ilin maksimumunda

10 Oktyabr 2017

Sənaye sektorunda artım müşahidə edilsə də, ticarət balansında defisit 12.83 milyar funt sterlinqdən 14.24 milyard funt sterlinqə yüksəlib.

İngiltərədə defisit son 47 ilin maksimumunda

İngiltərənin milli statistika mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, avqust ayında sənaye istehsalı 0.2%, emal sənayesi isə 0.4% artıb. Mütəxəssislər isə emal sənaye sektorunda və ümumi sənaye sektorunda artımın 0.2% olacağını gözləyirdilər.

Sənaye sektorunda artım müşahidə edilsə də, ticarət balansında defisit 12.83 milyar funt sterlinqdən 14.24 milyard funt sterlinqə yüksəlib. Bu isə son 47 ilin maksimum səviyyəsidir. Görünür, bahalı GBP/USD məzənnəsi İngiltərənin xarici ticarət dövriyyəsinə mənfi təsir etməkdə davam edir. Ölkə pul vahidinin xarici bazarlarda ucuz olması, ixrac potensialının rəqabətliliyini qorumaq üçün önəmlidir. GBP/USD məzənnəsi avqustda 1.3267$-a kimi 3.6% bahalaşmışdır. 

Dünya valyuta birjalarında GBP/USD məzənnəsi son üç həftədir 1.3026$-a kimi 4.6% ucuzlaşdıb.  Son bir neçə gündür isə məzənnənin korreksiyasının şahidi oluruq. Hal-hazırda Funt/Dollar valyuta cütlüyünün qiyməti 1.3203$-a ticarət edilir.