İngiltərədə inflyasiya 2.1%-ə düşdü

16 Yanvar 2019

Breksitin İngiltərə iqtisadiyyatında mənfi təsirləri özünü inflyasiyanın azalmasında da göstərir. İnflyasiya İngiltərə 2.3%-dən 2.1%-ə düşüb.

İngiltərədə inflyasiya 2.1%-ə düşdü

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri dekabr ayında aylıq olaraq 0.2%, illik müqayisədə 2.1% artıb. Analitiklər də aylıq inflyasiyada 0.2%-lik artım, illik artım dinamikasının 2.3%-dən 2.1%-ə kimi azalacağını proqnozlaşdırırdılar. 


Beləliklə, cari ilin aprel ayından iyun ayına kimi 2.4%-də qərarlaşan qiymətlərdə artım göstəricisi, avqust ayında yüksələrək 2.7%-ə çatsa da yenidən azalaraq, dekabr ayında təqribən son bir ilin minimum səviyyəsinə düşüb. 


Məlumatların açıqlanmasından sonra beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsinə güclü təsir etməyib. Bunun səbəbi investorların daha çox Breksit prosesinin necə davam edəcəyidir. 


Qeyd etmək lazımdır ki, İngiltərənin Avropa Birliyindən ayrılması (ing.: "BREXIT") ölkə iqtisadiyyatında inkişaf dinamikasının zəifləməsinə təsir etmişdir.