İngiltərədə inflyasiya 3%-da qərarlaşıb

13 Fevral 2018

İngiltərədə inflyasiyanın gözləniləndən çox açıqlanması, GBP/USD məzənnəsinin bahalaşmasını daha da gücləndirə bilər.

İngiltərədə inflyasiya 3%-da qərarlaşıb

İngiltərənin milli statistika mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri yanvar ayında aylıq olaraq 0.5% azalsa da, illik olaraq 3.0% artıb. Analitiklər isə aylıq inflyasiyada 0.6% azalma, illik artım dinamikasının 3.0%-dən 2.9%-ə düşəcəyini proqnozlaşdırırdılar. 


Eyni zamanda enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası da 2.7%-ə yüksəlib. Bu, dekabr ayında 2.5% idi. Burada analitiklər dinamikanın yalnız 0.1 % artacağını proqnozlaşdırırdılar. 


Dünya birjalarında son iki gündür bahalaşan GBP/USD məzənnəsi müsbət fundamental göstəricilər fonunda daha da bahalaşıb. Hal-hazırda məzənnə 1.39$ üzərində təklif edilməkdədir.