İngiltərədə inflyasiya hədəf səviyyəsinə düşdü

19 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərənin inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi açıqlanması və hədəfin altına düşməməsi müsbət qarşılanıb.

İngiltərədə inflyasiya hədəf səviyyəsinə düşdü

İngiltərə hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, may ayında istehlak qiymətləri indeksi illik müqayisədə 2.0% artıb və aprel ayının 2.1% göstəricisindən azdır. Maliyyə bazarlarında da 2.0%-ə kimi azalma proqnozlaşdırırdılar. 


Böyük Britaniya iqtisadiyyatı Avropa birliyindən ayrılma prosesi içində son zamanlar yaranmış siyasi qeyri-müəyyənliyin təsiri altında inkişaf etməkdədir. 


İngiltərə mərkəzi bankı isə iqtisadiyyatda dayanıqlığı və sakitliyi qorumaq istiqamətində pul-kredit siyasəti həyata keçirir. Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da faiz qərarı və siyasətinə dair açıqlaması yayımlanacaqdır. 


Qeyd etmək lazımdır ki, inflyasiyanın bu gün açıqlanan səviyyəsi "BoE"-nin hədəflədiyi səviyyədir.