İngiltərədə inflyasiya sentyabr-oktyabr səviyyələrində

16 Yanvar 2018

İngiltərədə inflyasiyanın gözləniləndən zəif açıqlanması, GBP/USD məzənnəsinin 0.4% ucuzlaşmasına təsir edib.

İngiltərədə inflyasiya sentyabr-oktyabr səviyyələrində

İngiltərənin milli statistika mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri dekabr ayında aylıq olaraq 0.4% artaraq, illik olaraq isə 3.0% artıb. Analitiklər də aylıq inflyasiyada 0.4%, illik inflyasiyada isə 3.0% artım proqnozlaşdırırdılar. Bu göstəricilər noyabr ayında müvafiq olaraq 0.3 və 3.1% olmuşdur.

Lakin enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası daha çox - 2.5%-ə kimi azalıb. Burada isə analitiklər dinamikanın yalnız 0.1 % azalacağını proqnozlaşdırırdılar. 

Dünya birjalarında avronun bahalaşması ilə dolların ucuzlaşmasından dəstək alan GBP/USD məzənnəsi bazar ertəsi 1.3819$-a kimi bahalaşdıqdan sonra məlumatların açıqlanmasından sonra 1.3754$-a kimi ucuzlaşıb.

Qeyd etmək lazımdır ki, İngiltərənin Avropa Birliyindən ayrılması prosesində (ing.: "BREXIT") İngiltərə hökümətinə təzyiqlər son dövrlər daha da artmaqla, funta olan inamın da azalmasına təsir edirdi. Bu il isə "BREXIT" danışıqlarının ikinci mərhələsinin başlayacağı gözlənilir. Burada əsas müzakirə predmeti Avropa Birliyi arasında gələcək ticarət şərtləridir.