İngiltərədə inflyasiya son 2 ilin minimumunda

13 Fevral 2019

Breksit danışıqlarının İngiltərə iqtisadiyyatında risklərin artmasına təsir etməklə, inflyasiyanın da 1.8%-ə kimi azalmasına səbəb olub.

İngiltərədə inflyasiya son 2 ilin minimumunda

İngiltərənin statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi yanvar ayında dekabr ayı ilə müqayisədə 0.8% azalaraq, illik göstəricinin 1.8%-ə kimi azalmasına səbəb olub. Bu isə son iki ilin minimum səviyyəsi hesab edilir.


Aylıq dinamikada azalma təqribən son 4 ilin ən yüksək səviyyəsidir. Mütəxəssislər isə illik inflyasiyanın 2.1%-dən yalnız 1.9%-ə kimi azalacağını proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının çətin şəraitdə davam etməsi, hər iki tərəfdə siyasi və iqtisadi qeyri-müəyyənliyin artmasına təsir etməklə, riskləri artırır, investisiyaları azaldır.