İngiltərədə inflyasiya son bir ilin minimumunda

23 May 2018

İngiltərədə inflyasiya gözləniləndən çox azalaraq, 2017-ci ilin aprel ayından etibarən ən aşağı səviyyəyə düşüb - funt sterliqn təzyiq altında.

İngiltərədə inflyasiya son bir ilin minimumunda

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri aprel ayında aylıq olaraq 0.4%, illik olaraq 2.4% artıb. Analitiklər aylıq inflyasiyada 0.5%-lik artım, illik artım dinamikasının isə 2.5% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 


Eyni zamanda enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası daha çox - 2.1%-ə düşüb. Bu, mart ayında 2.3% idi. Burada analitiklər dinamikanın yalnız 0.1% azalacağını proqnozlaşdırırdılar. 


Dünya birjalarında GBP/USD məzənnəsi son iki aydır 1.33$-a kimi 7%-dən çox ucuzlaşıb.