İngiltərədə inflyasiyanın azalması və GBP/USD

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında böyük maraqla gözlənilən fundamental göstəricilərin mənfi açıqlanması, funtun ucuzlaşmasına səbəb olub.

İngiltərədə inflyasiyanın azalması və GBP/USD

Böyük Britaniyada istehlak qiymətləri indeksinin azalma ilə açıqlanması, funtun dünya birjalarında ucuzlaşmasına səbəb olub. 


Bakı vaxtı ilə saat 13:30-da açıqlanan xəbərin, detallarına baxdıqda keçən ay 2.1% olan istehlak qiymətləri indeksi, yanvar ayında azalaraq, 1.8% təşkil etdiyini müşahidə edərik. 


Gözlənildiyi kimi iqtisadi göstəricilərdəki geriləmə funtun yenidən maliyyə bazarlarında ucuzlaşmasına səbəb oldu. Qiymətlər 1.2875 hədlərinin altında qalmağı bacarsa, 1.2845 və 1.2830 hədlərinə qədər ucuzlaşa bilər.