İngiltərədə inkişaf sürəti zəifləməkdə davam edir

29 Sentyabr 2017

GBP/USD cütlüyünün qiyməti ucuzlaşmağa başlayıb.

İngiltərədə inkişaf sürəti zəifləməkdə davam edir

Cümə günü İngiltərənin statistika idarəsinin açıqladığı məlumatlara görə, ölkə iqtisadiyyatı 2-cü rübdə rüblük olaraq 0.3%, illik olaraq isə 1.5% böyüyüb. 1-ci rübdə isə iqtisadiyyat 2.0% böyümüşdür.

Qeyd etmək lazımdır ki, İngiltərə iqtisadiyyatı 2016-ci ildə 1.9%, 2015-ci ildə 2.1%, 2014-ci ildə isə 3.0% böyümüşdür. Beləliklə, illik inkişaf səviyyəsi 2014-ci ildən 2016-ci ilə kimi 3.0%-dən 2.0%-ə kimi azalıb, 2017-ci ildə də azalmaqda davam edir. 

ÜDM ölkə ərazisində müəyyən vaxt ərzində istehsal olunmuş mal və xidmətlərin dəyərini göstərir və iqtisadi inkişaf səviyyəsini əks etdirir. Bu gün yayımlanan göstəricilər yekun hesablanma idi. 

Dünya birjalarında GBP/USD cütlüyünün qiyməti məlumatın yayımlanmasından öncə 1.3342$-a kimi 2.3% ucuzlaşmışdır.