İngiltərədə iqtisadi inkişaf 1.2%-ə kimi gerilədi

27 Aprel 2018

İngiltərədə iqtisadi inkişaf göstəricilərin gözləntilərin altında açıqlanması, funt sterlinqin növbəti sürətli eniş dalğasına səbəb olub.

İngiltərədə iqtisadi inkişaf 1.2%-ə kimi gerilədi

Cümə günü İngiltərənin statistika idarəsinin açıqladığı məlumatlara görə, ÜDM 1-ci rübdə rüblük olaraq 0.1%, illik olaraq isə 1.2% artıb. Analitiklər 1-ci rübdə illik artımın 1.4%, rüblük artımın isə 0.3% səviyyəsində olacağını gözləyirdilər. 


ÜDM ölkə ərazisində müəyyən vaxt ərzində istehsal olunmuş mal və xidmətlərin dəyərini göstərir və iqtisadi inkişaf səviyyəsini əks etdirir. Bu gün yayımlanan göstəricilər ilkin hesablanma idi və 2018-ci ilin 1-ci rübü ilə bağlı yekun məlumatların isə 2018-ci ilin iyun ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında GBP/USD cütlüyünün qiyməti nğvbəti sürətli eniş dalğasına başlayıb və hal-hazırda 1.38$-ın altında ticarət edilir. Maliyyə bazarlarında isə qiymətin sözügedən səviyyənin altında qaldıqca, 1.37$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, İngiltərə iqtisadiyyatı 2014-ci ildə 3.0%, 2015-ci ildə 2.1%, 2016-ci ildə 1.9% və 2017-ci ildə isə 1.4% böyümüşdür. Beləliklə, illik inkişaf səviyyəsi 2014-ci ildən 2017-ci ilə kimi 3.0%-dən 1.4%-ə kimi azalıb, 2018-ci ildə də azalmaqda davam edir.