İngiltərədə işsizlik səviyyəsi diqqət mərkəzində

19 Fevral 2019

Çərşənbə axşamı gözlənilən önəmli fundamental məlumatlar arasında İngiltərədə işsizliklə bağlı göstəricilər investorların diqqət mərkəzindədir.

İngiltərədə işsizlik səviyyəsi diqqət mərkəzində

Bu gün treyderlərin diqqət mərkəzində olan daha bir önəmli fundamental xəbər, Böyük Britaniyada işsizlik səviyyəsi ilə bağlıdır. 


Bakı vaxtı ilə saat 13:30-da açıqlanması gözlənilən işsizlik səviyyəsinin noyabr ayında olduğu kimi 4.0% açıqlanması ehtimal edilir.


Lakin işsizlərin sayında artım qeydə alınarsa, bu, funtun zəifləməsinə səbəb ola bilər.