İngiltərədə işsizlik son 43 ilin minimumunda

17 İyul 2018

İngiltərənin əmək bazarı ilə bağlı fundamental məlumatların müsbət açıqlanmasına baxmayaraq, funta olan təzyiqlər daha güclüdür.

İngiltərədə işsizlik son 43 ilin minimumunda

İngiltərədə işsizlik səviyyəsi son 43 ilin minimum səviyyəsindədir. İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarda işsizlik səviyyəsinin iyun ayında 7.8 min nəfər artmasına baxmayaraq, ümumi işsizlik səviyyəsi 4.2% səviyyəsində qalıb. Mütəxəssislər isə işsizlik səviyyəsində daha az - yalnız 2.3 min nəfər artım gözləyirdilər. Ümumi işsizlik səviyyəsi fonunda proqnozlar isə göstərici ilə eyni olub. 


2018-ci ilin fevral ayında işsizlik səviyyəsi 4.2%-ə kimi 0.1% azalmaqla 1975-ci ilin aprel ayından etibarən ən aşağı səviyyəyə düşüb. 


Məlumatlar funt sterlinqin bahalaşmasına təsir etsə də, bu təsir zəif olub - 0.3%. Maliyyə bazarlarında İngiltərədə "Breksit" fonunda siyasi risklər və Amerika Mərkəzi Bankının sərt monetar siyasəti GBP/USD məzənnəsinə qarşı təzyiqlərin daha güclü olmasına səbəb olur. 


Bununla yanaşı, işsizlik səviyyəsində yüksək artımın açıqlanması, gələcək aylarda işsizlik səviyyəsinin də yenidən artmasına təsir edə biləcəyi narahatlığı yaradır.